AZAL Security - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsi
XƏBƏRLƏR
Mülki Aviasiyanın Auditi
19-26 oktyabr 2009-cu il tarixlərində Mülki Aviasiyanın Avropa Konfransı (ECAC) “Azal” QSC-nın Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi üzrə audit yoxlanması həyata keçirmişdi...>>>AEROPORTLAR
İçindəki
Heydər Əliyev Beynəlxalq Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu Baki şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq səviyyəli aeroportdur. H.Əliyev Beynəlxalq Aeroportunun aerodromu iki süni uçuş-enmə zolağı (SUEZ) və üç hərəkət zolağı (HZ) ilə təchiz olunmuşdur.
SUEZ- aşağıdakı parametrlərə malikdir: MK 335-155, uzunluğu 2700 metr, eni 60 metr, müvafiq olaraq SUEZ-2-MK 355-175, 3200 metr və 45 metr. SUEZ-nin səthi asfaltbetondur. (sərt olmayan). SUEZ İCAO- meteominimumları ilə təchiz edilmiş A, B, C, D, E kateqoriyalı hava gəmilərinin və bütün növ vertolyotların qəbulu üçün hazırlanmışlar. Aerodromda SUEZ - OMİ və SUEZ-2-OVİ-1 üçün radio-işıq texniki avadanlıqlar quraşdırılmışdır.
H.Əliyev Beynəlxalq Aeroportunda 100 ton tutuma malik olan yük terminalı tikilib istifadəyə verilmişdir.