AZAL Security - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsi
XƏBƏRLƏR
Mülki Aviasiyanın Auditi
19-26 oktyabr 2009-cu il tarixlərində Mülki Aviasiyanın Avropa Konfransı (ECAC) “Azal” QSC-nın Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi üzrə audit yoxlanması həyata keçirmişdi...>>>AEROPORTLAR
İçindəki
Özümüz barədə

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsi 3 mart 1997-ci il tarixdə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin tərkibində yaranmışdır. 16 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası prezidentinin 2761 saylı sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində Aviasiya Təhlükəsizlik İdarəsi olaraq fəaliyyət göstərir.
Aviasiya Təhlükəsizlik İdarəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “mülki aviasiyada qanunsuz müdaxilə aktlarına qarşı dövlət Proqramı”nın həyata keçirilməsində səlahiyyətli orqandır.
Aviasiya Təhlükəsizlik İdarəsinin fəaliyyət göstərdiyi aeroportlar və fəaliyyət sahələri:
Heydər Əliyev Beynəlxalq Aeroportunda
-Aviasiya Təhlükəsizlik Xidməti
-Mühafizə Xidməti
-Əlahiddə Mobil Komanda
-Yanğın Təhlükəsizliyi və Qəza-xilasetmə İşləri Xidməti
-Kinoloji Xidmət
Gəncə Beynəlxalq Hava Limanı və Yevlax Aeroportunda
-Aviasiya Təhlükəsizlik Xidməti
-Əlahiddə Mühafizə Komanda
-Yanğın Təhlükəsizliyi və Qəza-xilasetmə İşləri Xidməti
Zabrat Hava Limanı və Pirallahı helikopter meydançasında
-Aviasiya Təhlükəsizlik Xidməti
-Əlahiddə Mühafizə Komanda
-Yanğın Təhlükəsizliyi və Qəza-xilasetmə İşləri Xidməti
Zaqatala Hava Limanı
-Aviasiya Təhlükəsizlik Xidməti
Lənkəran Hava Limanı
- Aviasiya Təhlükəsizlik Xidməti